
Rusiya Hava Kosmik Qüvvələrinin xüsusi əməliyyatı nəticəsində Suriyada “Cəbhət-ən-Nüsra” beynəlxalq terror qruplaşmasının komandanlığı məhv edilib.
Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat verib.
O bildirib ki, qruplaşmanın başçısı Əbu Məhəmməd əl-Culyani bu hücumlar nəticəsində çoxsaylı qəlpələrdən əllərini itirib və hazırda çox ağır vəziyyətdədir.
İ.Konaşenkov əlavə edib ki, Rusiya aviasiyası “Cəbhət-ən-Nüsra”nın 12 səhra komandirini məhv edib. Öldürülənlər arasında əl-Culyaninin ən yaxın köməkçisi, qruplaşmanın təhlükəsizlik xidmətinin rəisi Əhməd əl-Qizai də var.
Konaşenkova deyib ki, əməliyyatda Su-34 və Su-35 qırıcı təyyarələrindən istifadə olunub.
Rusiya Müdafiə Nazirliyinin verdiyi məlumata görə, “Cəbhət-ən-Nüsra” və İŞİD sentybarın 19-dan 29-dək 2359 itki verib. Son aylarda ümumlikdə bu say qat-qat artıq olub.
Gununsesi.info












