Cəbrayıla yeni suvarma kanalı çəkiləcək

  • By admin
  • 03 İyun 2021 17:27

İşğaldan azad edilən Cəbrayıl rayonu ərazisindəki “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları vasitəsilə Cəbrayılın su təminatı yaxşılaşdırılacaq.

Gununsesi.info xəbər verir ki, bunu “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədr müavini Rafiq Aslanov deyib.

O qeyd edib ki, Xudafərin su anbarının 1 milyard 600 milyondan çox su tutumu var: “Ondan 13 km aşağıda “Qız Qalası” su anbarı var, onun tutumu 62 milyon kubmetrdir. Burada elektrik enerjisinin istehsalı da nəzərdə tutulur. Azərbaycan tərəfindən 100 meqavat enerjinin “Xudafərin” su anbarı üzərində, 40 meqavat enerjinin isə “Qız Qalası” su anbarı üzərində istehsalı nəzərdə tutulur. Bu su anbarları eyni zamanda suvarma üçün çox önəmlidir. “Xudafərin” su anbarı tikilib başa çatandan sonra 250 min hektardan çox sahənin su təminatı yaxşılaşacaq”.

R.Aslanov həmçinin yeni su kanalının çəkiləcəyini də deyib: ” “Qız Qalası” su anbarından 50 kubmetr saniyədə tutumu olan yeni kanalın çəkilməsi nəzərdə tutulur. Bununla da Cəbrayıl rayonu ərazisində 12 min hektar sahədə suvarma həyata keçiriləcək”.

Gununsesi.info