Cəlilabadda dəhşət : keçmiş ər arvadını  və azyaşlı övladını baltaladı - FOTO

  • By admin
  • 24 İyun 2016 15:53

Baltalanma

 

Cəlilabadda balta ilə dəhşətli cinayət törədilib. Gununsesi.info xəbər verir ki, hadisə Cəlilabadın  Muğan kəndində baş verib. Kənd sakini İsgəndər Əliyev axşam saatlarında keçmiş həyat yoldaşının evinə girərək üzərindəki balta ilə Şamama Qürbətovaya və 12 yaşlı övladı Səid Əliyevin baş nahiyyəsindən zərbələr endirib. Ardınca  o, böyük oğlu Fəridlə əlbəyaxa olub. Qəzəblənmiş ata 17 yaşlı övladını əlləri ilə boğmağa çalışsa da, Fərid  atasının əlindən xilas olaraq bayıra qaçıb. Evdəki qışqırıq səsinə qonşuların gəldiyini görən  İsgəndər Əliyev evdən qaçıb. Yaralılar qonşuları tərəfindən xəstəxanaya çatdırılıblar.

Bir müddət əvvəl  də İsgəndər Əliyev Böyük oğlu Fəridə bıçaqla xəsarət yetirib. Hadisənin ilkin səbəbləri də məlumdur. Belə ki, rəsmi formada arvadından boşanmış İsgəndər Əliyev övladları üçün nəzərdə tutulan aliment pulunu ödəmirmiş. Bu da tərəflər arasında narazılıq yaradıb.

Hazırda Cəlilabad polisi cinayəti törədən şəxsin tutulması istiqamətində əməliyyat axtarış tədbirlərini davam etdirir.