Nazirlikdən yanlış ayaqkəsməyə münasibət – RƏSMİ

  • By admin
  • 24 İyun 2016 16:00

sehiye

 

 

Səhiyyə Nazirliyi Angioloji və Mikrocərrahiyə Mərkəzində şəkərli diabet xəstəsi olan Tərlan Əliyevanın sağ ayağının səhvən kəsilməsi ilə bağlı məlumatlara münasibət bildirib.

Səhiyyə Nazirliyindən mətbuat xidmətindən Gununsesi.info-ya  verilən məlumata görə, hazırda məsələ ilə əlaqədar xüsusi komissiya yaradılıb və araşdırmalara başlanılıb. Eyni zamanda, məsələ hüquq-mühafizə orqanları tərəfindən də araşdırılır: “Həm Səhiyyə Nazirliyinin tibbi ekspertizasının, həm də hüquq-mühafizə orqanının araşdırmasının nəticələri toplandıqdan sonra ictimaiyyətə açıqlama veriləcək”.

Xatırladaq ki, Tərlan Əliyevanın sol ayağının kəsilməsi üçün diaqnoz qoyulub.Lakin xəstəxananın cərrah həkimi Valeh Kərimov xəstənin səhvən sağ ayağını kəsib.

Gununsesi.info