Cəlilabadda dəhşətli qətl: Qardaşı arvadını və...

  • By admin
  • 22 İyul 2022 09:46

Cəlilabadda iki nəfər qətlə yetirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, Cəlilabad Rayon Polis Şöbəsinə iyulun 22-də saat 04 radələrində rayon sakini Könül Şahmarovanın yaşadığı evin həyətində onun və Uzuntəpə kənd sakini Ruslan Qarayevin bıçaqla qətlə yetirilmiş meyitlərinin tapılması barədə məlumat daxil olub.

Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla hadisəni törətmiş K.Şahmarovanın qaynı Cəlilabad şəhər sakini, əvvəllər məhkum olunmuş Elşən Məmmədov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanılıb.

Gununsesi.info