Cənub küləyinin sağlamlığınız üzərindəki təsirləri nələrdir: “Miqren” və “qaymorit”i… / Ondan qorunmağın yolları+FOTOLAR

  • By admin
  • 20 Yanvar 2023 19:44

Cənub küləyi ölkəmizdə zaman-zaman öz təsirlərini göstərən külək növlərindən biridir. Səniz səfərlərinin ləğv edilməsinə səbəb olan cənub küləyinin sağlamlığımız üzərində də mənfi təsirləri var.

 

Gununsesi.info xarici mətbuata istinadən bu təsirləri sizə təqdim edir.

Cənub-qərbdən əsən külək ən çox baş ağrılarına yol açır, bəzi insanlar üçün “kabus” yaşadır.

Bəs, onun mənfi təsirlərindən qorunmaq üçün nələr etmək gərəkdir?

Bu cür küləkli havalarda insanlar baş ağrısından şikayətlənir. Miqren tərzi baş ağrılarının səbəbi həmin küləyin yol açdığı hava təzyiqinin dəyişikləridir.
Ayrıca, cənub küləyinin daşıdığı çeşidli minerallar da bu ağrılarıa səbəb olur.

 

Həmçinin hormonal tarazlığı pozan, psixoloji çətinliklərə yol açan küləyin “əməlləri” baş ağrısı ilə məhdudlaşmır.

Yorğunluq, halsızlıq, yuxusuzluq, çalışmaq istəyinin azalması, göz qanlanması, ağrı, mədə bulantısı, nəfəs darlığı, üyüşüklük, iştah dəyişikləri və psixoloji problemlər kimi şikayətlərə səbəb olur.

Mütəxəssislərin fikrincə, ondan qorunmağın ən təsirli yolu, mümkün olduqca küləyə məruz qalmamaqdır.

 

Bu cür havalar həssas insanlara daha çox təsir edir. Bu səbəblə, özəlliklə, sinuzit xəstəliyi olanların diqqətli olması gərəklidir.

Cənub küləyinin mənfi təsirlərindən qorunmaq üçün atılacaq addımlar bunlardır:
Başınızı papaqla örtün.
Küləkdə dayanmamağa çalışın

 

Duş aldıqdan dərhal sonra küçəyə çıxmayın. Saçınızı tam qurudun.

Kondisioner açmaqdan uzaq durun.

 

İmkanınız varsa, həmin günlərdə çölə çıxmayın.

Pəncərə və qapını açdıqda həmin küləyin içəri girəcəyini və onun təsirlərinin evə dolacağını unutmayın.

 

 

 

 

 

 

 

 

 

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info