Cənub qonşumuzda son sutkada koronavirusdan ən yüksək ölüm halı qeydə alınıb

  • By admin
  • 28 İyul 2020 14:22

İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 235 nəfər vəfat edib.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İranda koronavirusdan ölənlərin sayı 16 147 nəfərə çatıb.

İranda son sutka ərzində koronavirusa 2 667 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 296 273 nəfərə çatıb.

İndiyədək xəstəlikdən 257 029 nəfər sağalıb.

Hazırda virus daşıyıcısı olan xəstələrdən 3 902 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.

 

 

Gununsesi.info