Cənubi Koreyada koronavirusa sutkalıq yoluxma antirekordunu yeniləyib

  • By admin
  • 05 Fevral 2022 19:00

Ötən sutka Cənubi Koreyada COVID-19 virusuna 36 min 362 yoluxma qeydə alınıb.

Gununsesi.info Cənubi Koreyanın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinə istinadla xəbər verir ki, bu rəqəm ölkədə pandemiya dövrünün ən yüksək göstəricisi olmaqla yanaşı, sutkalıq yoluxma sayının ilk dəfə 30 mini ötməsi halıdır. Bir sutka əvvəl ilə yoluxma sayı fərqi təxminən 9 mindir.

Son günlər Cənubi Koreyada virus sürətlə yayılır. Mütəxəssislər buna səbəb kimi “omikron” ştamının dominantlıq etməsini göstərirlər. Fevralın ilk günlərində şərq ölkələrinin ay təqvimi üzrə qeyd olunan Yeni il bayramı tətilində ailə yığıncaqlarının çoxalmasının virusun daha sürətlə yayılmasına yol açdığı da güman olunur. Bəzi ekspertlər fevral ayında sutkalıq yoluxma sayının 100 minə çatacağı barədə bədbin proqnozlar veriblər.

Qeyd edək ki, Cənubi Koreyada COVID-19 virusuna qarşı vaksinasiya prosesi də davam edir. Əhalinin 86 faizi hər iki doza peyvəndi, 54,5 faizi isə “buster” dozanı qəbul edib.

Gununsesi.info