Pakistanlı qız İrəvanda uşaq bağçasında cinsi zorakılığa məruz qalıb - FOTOLAR

  • By admin
  • 05 Fevral 2022 18:51

İrəvanda fəaliyyət göstərən uşaq bağçasında pakistanlı qıza qarşı işgəncə verilməsi haqqında xəbər Pakistan ictimaiyyətində hiddətə səbəb olub.

Gununsesi.info xəbər verir ki, Ermənistan paytaxtında fəaliyyət göstərən uşaq bağçalarından birinə gedən qız atası pakistanlı və müsəlman olduğu üçün sistemli şəkildə işçi heyəti və tərbiyəçilər tərəfindən zorakılığa məruz qalıb.

Bu hadisə Pakistan mətbuatında geniş işıqlandırılıb. “Pakistan In The World”, “The Diplomatic Insight”, “Centreline”, “Islamabad Post”, “DNA News Agency”, DND, “Pakistan Economic Net” və s. kimi xəbər agentlikləri və nəşrləri bu barədə yazıb.

“Uşaq cinsi zorakılığa məruz qalıb. Onun əlləri və boynu iplə bağlanıb, sinəsinə qızdırılmış dəmir oyuncaq basılıb. Qız torpaq, ot və nəcis yeməyə məcbur edilib”, – Pakistan mətbuatı yazır.

Ermənistan mətbuatının bu barədə məlumatında deyilir: “Yanvarın 31-də vətəndaşdan qızının uşaq bağçasında zorakılığa məruz qalması barədə xəbər daxil olub. O deyib ki, 2019-cu ilin martından 2021-ci il oktyabrın 14-dək qızı hadisə baş vermiş bağçaya gedib. Atası pakistanlı olduğu üçün qız orada dayə və tərbiyəçi tərəfindən zorakılığa məruz qalıb”.

 


Gununsesi.info