Cərəyanda saxlanılan telefon mənzili partlatdı

  • By admin
  • 25 İyun 2018 10:52

Rusiyanın Saratov vilayətinin Balakovo şəhərində yaşayış binasında yanğın baş verib.

Gununsesi.info xəbər verir ki, bina sakinləri səhər saatlarında güclü yanğının şahidi olublar.

Hadisə zamanı gənc cütlüyün xəsarət aldığı bildirilib. Məlumatlara görə, yanğına səbəb cütlüyün gecə saatlarında mobil telefonu cərəyana qoşması olub.