Cəsarət Valehov nazirlikdəki fəaliyyətini dayandırdı

  • By admin
  • 04 Oktyabr 2019 11:47

Təhsil  Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov müvəqqəti vəzifəsinin icrasını dayandırıb.

Gununsesi.org xəbər verir ki, unikal.org-un əldə etdiyi məlumata görə, Cəsarət Valehov təhsil alması ilə bağlı Amerika Birləşmiş Ştatlarına köçüb. Buna görə də o, mətbuat katibi kimi fəaliyyətini bir müddətlik dayandırıb. Onun vəzifəsinin müvəqqəti  icrası isə İctimaiyyətlə əlaqələr sektorunun baş məsləhətçisi Billurə Hacızadəyə tapşırılıb.