Çətənə kolu əkib-becərən şəxs saxlanıldı - FOTOLAR

  • By admin
  • 02 Sentyabr 2016 13:34

catana-1

Çətənə kolu əkib-becərən şəxs saxlanılıb.

Gununsesi.info xəbər verir ki, Yevlax şəhər Polis Şöbəsinin əməkdaşları rayonun Havarlı kəndində narkotik tərkibli bitkini əkib-becərən şəxsi saxlayıblar. Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində çətənə kollarını yetişdirən kənd sakini Elçin Fətulla oğlu Şərifzadə tutulub. Saxlanılan şəxs 61 ədəd çətənə kolunu həyətyanı sahəsində aqrotexniki qaydada qulluq etməklə yetişdirib.

Həyətə baxış keçirən polis aşkar etdiyi çətənə kollarını maddi sübut kimi götürüb. İlkin dindirmədə saxlanılan şəxs əməlini etiraf edib. Becərdiyi kolları isə özü üçün yetişdirdiyini deyib.

Hazırda faktla bağlı araşdırma aparılır.

catana-2

catana-3

Gununsesi.info