
Xızı rayonunun Sitalçay kənd sakinindən narkotik vasitələr aşkar edilərək götürülüb.
Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Sitalçay kənd sakini, əvvəllər məhkum olunmuş Şahlar Salayevin həyətindən kultivasiya yolu ilə yetişdirilən 116 ədəd çətənə kolu və 60,28 qram marixuana aşkar edilərək götürülüb.
Anar
Gununsesi.info









