“Cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı sərəncam məhkəmə-hüquq siyasətinin məntiqi davamıdır” - KOMİTƏ SƏDRİ

  • By admin
  • 11 Fevral 2017 19:11

ali-huseynli-1

“Prezident İlham Əliyevin cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı imzaladığı sərəncam ölkədə həyata keçirilən məhkəmə-hüquq siyasətinin məntiqi davamıdır”.

Gununsesi.info-nun məlumatına görə, bunu APA-ya Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib.

Komitə sədri qeyd edib ki, bu, müasir dövrün tələblərinə uyğun olaraq islahatların keyfiyyətcə yeni mərhələsidir:

“Sərəncam həmçinin Azərbaycanda bütövlükdə insan hüquqlarına həssas və hörmətlə yanaşmanın göstəricisidir”.

Qeyd edək ki, ötən gün Azərbaycan Prezidenti İlham Əliyev penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi ilə bağlı sərəncam imzalayıb. Sərəncama əsasən, cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan cəzaların icrasına effektiv nəzarətin təşkili və bu sahədə idarəetmənin səmərəliliyinin artırılması məqsədilə Ədliyyə Nazirliyinin Probasiya Xidməti yaradılıb. Həmçinin cəzaların icrası və qətimkan tədbirlərinin tətbiqi zamanı müasir İKT-dən istifadəni təmin etmək məqsədilə elektron nəzarət vasitələrinin tətbiq olunması tapşırılıb.

Gununsesi.info