Can Dündar: “Türkiyə demokratiyası can verir” -AVROPA SUSMAMALIDIR

  • By admin
  • 12 Noyabr 2016 12:51

 

can

 

“Türkiyə hakimiyyətinin son dövrlər apardığı repressiv siyasətə Avropa biganə qalmamalıdır. Avropa Birliyinin üzvü kimi Almaniya bu olanlara susmamalıdır”. Gununsesi.info bildirir ki, bu sözləri Almaniya telekanallarına müsahibəsində Türkiyənin ünlü jurnalisti Can Dündar söyləyib.

Türkiyə hüquq-mühafizə orqanları tərəfindən axtarışa verilən Can Dündar hazırda Almaniyadadır.

O, bildirib ki,Türkiyədə demokratiya can verir: “Avropa susarsa biz kimə üz tutacağıq. Bu gün Ərdoğan Türkiyədə demokratiyanı məhv edir. Bu gün Türkiyədə söz deyənləri həbsə atır. Cəza evlərində azad jurnalistlər var”.

Qeyd edək ki, Can Dündar Almaniyada həmçinin, bu ölkənin xarici işlər naziri və prezidenti ilə də görüşüb.