Canlı yayımda general qardaşının ölüm xəbərini aldı - VİDEO

  • By admin
  • 15 Yanvar 2020 10:35

Canlı yayımda general qardaşının öldüyünü öyrənən aparıcı göz yaşlarını zorla saxlayıb. 

Gununsesi.org Lenta.ru-ya istinadən xəbər verir ki, həmin anın görüntüləri barədə kadrlar sosial şəbəkələrdə yayımlanıb.

Bildirilir ki, İordaniyanın “Dijlah” telekanalında “Qərar sizindir” verilişinin canlı yayımı zamanı aparıcı Səhər Abbas Cəmil ölən iraqlı generalın qardaşı Tarik Abbas Cəmil olduğunu öyrənib.

Jurnalist kədərli göründüyü üçün tamaşaçılardan üzr istəyib.

“Jurnalist işinin əsas prinsipi şəxsi həyatı peşə vəzifələrindən ayırmaq bacarığıdır, ancaq mənə böyük qardaşımın öldüyü barədə məlumat verildi”, – deyən aparıcı göz yaşlarını zorla saxladığını bildirib.

O, yayımın davam etdiriləcəyini və İraqda baş verən hər şeyi işıqlandıracaqlarını da vurğulayıb.

Aparıcının qardaşı İraq HHQ-nin pilotu olub. O, Bağdad yaxınlığında “Əl-Balad” bazasına hücum zamanı həlak olub.