Cavanşir Feyziyev qəzəbləndi: Karlar, korlar üçün bir daha bəyan edirəm ki…

  • By admin
  • 07 İyul 2020 13:13

“Avromed”in sahibi olduğu bildirilən, deputat Cavanşir Feyziyevə qarşı bəzi media quruluşlarında və sosial şəbəkələrdə ittihamlar səsləndirilir.
Bu ittihamlarda deputatın koronavirus xəstələrinin müalicəsi üçün tələb olunan dərmanların süni şəkildə qıtlığının yaradıldığı və baha satıldığı iddia olunur.

Gununsesi.org bildirir ki, Cavanşir Feyziyev bu ittihamlara cavab verib :
Vaxtilə Eldar Mahmudovun yaratdığı və onun çetəsinə xidmət edən saytlarda növbəti dəfə mənim adımı dərman preparatları ilə bağlı hallandırıblar. Guya, “Avromed” Koronavirus müalicəsi üçün istifadə olunan bəzi dərmanları yalnız öz apteklərinə verir.
Karlar, korlar və bir sıra reket saytları idarə edən dələduzlar üçün bir daha təkrar etməyə məcburam:
Birincisi, mən 2010- cu il dekabrın 1-dək Avromedin Direktoru olmuşam. İndi isə 2020- ci ildir.
İkincisi, 2016- cı ildə səhmlərin mənə məxsus olan hissəsini satmışam və mənim Avromed şirkəti ilə heç bir əlaqəm yoxdur.
Üçüncüsü, koronavirusa qarşı dərman preparatları vitamin deyil ki, aptekdə satılsın. Bu dərmanlar ancaq koronavirusun müalicəsi ilə məşğul olan xüsusi xəstəxanalara TƏBİB tərəfindən verilə bilər. Kimsə bu dərmanları əldə edib öz aptekində satmaq istəyirsə, deməli möhtəkirlik etmək istəyir”.

Gununsesi.org