
Tiflisdə Bakı-Tiflis-Qars yeni dəmir yolu layihəsi üzrə koordinasiya şurasının novbəti iclası keçiriləcək.
Bu barədə Gununsesi.info-ya “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətindən məlumat verilib.
İclasda iştirak etmək üçün “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri, millət vəkili Cavid Qurbanovun sədrliyi ilə nümayəndə heyəti artıq Tiflisdədir.
Azərbaycan nümayəndə heyətinin üzvləri Tiflisdə mərkəzindəki Heydər Əliyev parkında Ulu Öndərin abidəsi önünə əklil qoyub, gül dəstələri düzüblər.
Azərbaycan nümayəndə heyətinin tərkibinə xarici işlər, iqtisadiyyat, maliyyə nazirliklərinin və digər aidiyyəti qurumların vəzifəli şəxsləri daxildir.
Əldə etdiyimizə məlumata görə, iclasda Bakı-Tiflis-Qars dəmiryolu tikintisində gedən işlərin vəziyyəti və dəçiryol xəttinin rəsmi açılış vaxtı da müəyyənləşdiriləcək.
Mürtəza
Gununsesi.info











