Cavid Qurbanov Isveçrədən yeni vaqon aldı -Bakı-Qars dəmiryolu üçün

  • By admin
  • 22 Sentyabr 2016 08:33
qars
İsveçrənin Stadler Rail Group şirkəti Berlində keçirilən InnoTrans 2016 sərgisində Bakı-Tbilisi-Qars dəmir yolu xəttində istifadə ediləcək sərnişin vaqonunu nümayiş etdirib.
Gununsesi.info xəbər verir ki, şirkətin nümayəndəsi Paul Qess Trend-ə bildirib ki, qatarın sürəti saatda 160 kilometrdir və 2017-ci ildə BTQ layihəsinin işə düşməsi ilə istismara veriləcək.
Stadler ilə “Azərbaycan Dəmir Yolları” QSC arasında bağlanmış müqaviləyə əsasən BTQ üçün 30 vaqon hazırlanacaq.
 Paul Qess bildirib: “Onlardan 18-i 4 yerlik kupelərdən ibarət ikinci klass, 3-ü ikiyerlik kupedən ibarət birinci klass vaqonlardır. Eləcə də əlillər üçün kupe və 28 nəfərlik vaqon-restoran var”.
 Vaqonlarda sərnişinlərin müasir məlumatlandırma sistemi, vakkum sistemli tualetlər (birinci klassda hər kupedə), duş (birinci klassda hər kupedə), kondisioner sistemi quraşdırılıb.
 Birinci klass vaqonların fotolarını təqdim edirik.
qars1
Gununsesi.info