Ötən gün avtobuslara rekord sayda sərnişin minib

  • Müəllif: Firuzə
  • 16 Sentyabr 2026 19:38

Yeni tədris ilinin başlanması ilə əlaqədar sentyabrın 15-də Bakı şəhərində avtobuslarla rekord sayda sərnişin səfəri həyata keçirilib.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Gununsesi.info-ya bildirilib ki, sentyabrın 15-də Bakı üzrə avtobuslarla 2 milyondan çox sərnişin daşınıb.

Qeyd olunub ki, bu, ötən ilin eyni günü ilə müqayisədə 300 min nəfər və ya 18 faiz çoxdur.

Yeni tədris ilinin ilk günü sərnişin axınının artması ilə əlaqədar paytaxtın ictimai nəqliyyat sistemində avtobuslardan istifadənin əhəmiyyətli dərəcədə yüksəldiyi müşahidə olunub.

Gununsesi.info