Cavid Qurbanov: “Sərnişindaşımada qiymət artımı gözlənilmir”

  • By admin
  • 09 İyun 2016 15:09

 cavid qurbanov

“Azərbaycanda dəmir yolu sahəsində sərnişindaşımada qiymət artımı gözlənilmir”.

Gununsesi.info  xəbər verir ki, bunu jurnalistlərə  “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib.

“Sərnişindaşımada qiymətlər müəyyənləşib, heç bir dəyişiklik olmayacaq. Bir daha deyirəm ki, ölkə başçısının tapşırığıdır və bu məsələlərə hələlik baxmırıq. Əslində, Bakı-Sumqayıt elektrik qatarı ilə 1 sərnişinin daşınmasının maya dəyəri 6 dollardır. Biz isə 1 sərnişinə bileti 80 qəpiyə satırıq”, – deyə C. Qurbanov əlavə edib.

Mürtəza