İlham Mirzəyevin həyat yoldaşı: “Həbsdən buraxılmayıb” - Eksklüziv

  • By admin
  • 09 İyun 2016 15:17

 

Ilham Mirzeyev 1

Gununsesi.info-ya açıqlama verən Ruhəngiz Mirzəyeva yoldaşının həbsdən çıxması ilə bağlı yayılan xəbərlərin yalan olduğunu bildirdi:

“Hələ həbsdən buraxılmayıb. Bizə verilən məlumata görə iki gündən sonra çıxacaq. Hələ ki, gözləyirik ”.

İ.Mirzəyev 2014-cü il aprelin 11-də dələduzluq ittihamı ilə həbs olunub. İttihama əsasən, aparıcı direktoru olduğu “İlhamed” tibb mərkəzində Aynur Əhmədova adlı vətəndaşa cadugərlik yolu ilə yalan vədlər verərək, onun 3000 avro pulunu mənimsəyib. Lakin İ.Mirzəyev ittihamı rədd edir və deyilənlərin yalan olduğunu bildirir.

Nərimanov rayon məhkəməsi İ.Mirzəyevin 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. Sonra Bakı Apelyasiya Məhkəməsi onun barəsində olan hökmü dəyişib və cəzanın müddəti 3 il 6 aya endirilib.

Gununsesi.info