Cavid Qurbanovdan daha bir yenilik

  • By admin
  • 29 İyun 2016 21:53

cavid

Artıq bölgələrə də 2 mərtəbəli müasir görkəmli və komfortlu qatarlar hərəkət edəcək. Bununla bağlı dəmiryol vağzalına yeni qatarlar gətirilib. Gununsesi.info-nun xəbərinə görə, bundan əlavə yeni qatarların Bakı-Yalama istiqamətində də hərəkət edcəyi nəzərdə tutulur.

Qatarlar tam olaraq ən son texnologiylarla idarə olunur.Qatarlarda sərnişinlərin rahatlığı üçün kondisioner və Wİ Fİ  sistemi fəaliyyət göstərir. Yeni qatarlarda gediş haqqı da fərqli olacaq.

Bununla yanaşı Bakı-Sumqayıt istiqamətində hərəkət edən qatarların 2 stansiyada dayanacaqları olacaq. Bu stansiyalarda da təmir işləri başlanılıb.

Bu iki istiqamətə gedən sərnişinlər üçün də yeni tariflər müəyyənləşəcək.

Qeyd edək ki, Sumqayıt istiqamətində biletin qiyməti 80 qəpikdir.

Gununsesi.info “Xəzər Xəbər“ə istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.