Çavuşoğlu: “Erməni terroruna inad diplomat oldum”

  • By admin
  • 20 İyun 2021 10:05

“Orta məktəbdə oxuyanda erməni terror təşkiları diplomatlarımıza hücum edirdi, şəhid verirdik. Mən də onların inadına diplomat olmaq üçün beynəlxalq əlaqələr oxudum”.

Gununsesi.info xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

XİN rəhbəri qeyd edib ki, həmin illərdə futbolla maraqlanıb:

“Orta məktəb illərində yaxşı bir futbolçu idim. Ozamankı “Antalyaspor” baş məşqçisi Alanyaya gəldi və məni izlədi. Manavqatdan birini və məni seçdi.

İkimizi “Antalyaspor”a aparacaqdı. Atam “get” dedi, mən diplomat olacağımı dedim və getmədim”.

Gununsesi.info