Çavuşoğlu: “TDT-nin Naxçıvan Sazişində dəyişiklik ediləcək”

“Azərbaycan, Qazaxıstan və Özbəkistanla üçtərəfli görüşlərə xüsusi əhəmiyyət veririk və bu istiqamətdə işi davam etdirəcəyik”.

Bu sözləri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Özbəkistanın Səmərqənd şəhərində Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirlərinin toplantısında deyib.

Onun sözlərinə görə, sabah Səmərqənddə Türk Dövlətləri Təşkilatının Zirvə Görüşündə bir sıra sənədlər imzalanacaq, təşkilatın Naxçıvan Sazişində dəyişiklik ediləcək:

“Naxçıvan Sazişinə dəyişiklik edən protokolun liderlərimiz tərəfindən qəbul edilməsi ilə məsələnin hüquqi tərəfini tamamlamış olacağıq”.

Çavuşoğlu onu da bildirib ki, artıq dünən hansı dövlətlərin Türk Dövlətləri Təşkilatında müşahidəçi ola biləcəyinə dair müzakirə aparılıb.

Gununsesi.info