“Çelsi” “Liverpul”a məğlubiyyətdən qurtulub - VİDEO

  • By admin
  • 02 Yanvar 2022 22:52

Futbol üzrə İngiltərə Premyer Liqasında XXI turun mərkəzi görüşü “Çelsi” və “Liverpul” komandaları arasında keçirilib.

Gununsesi.info-nun məlumatına görə, Londondakı “Stemford Bric” stadionunda təşkil olunmuş qarşılaşma heç-heçə ilə yekunlaşıb – 2:2.

İlk iki qolu qonaq komandanın futbolçuları vurub. 9-cu dəqiqədə Sadio Mane, 26-cı dəqiqədə Məhəmməd Salah fərqlənib. Meydan sahiblərindən Mateo Kovaçiç 42-ci, Kristian Pulişiç isə 45+1-ci dəqiqədə qol vuraraq, yekun nəticəni müəyyənləşdiriblər.

Beləliklə, məğlubiyyətdən qurtulan “Çelsi” 43 xalla 2-ci pillədə qalıb və lider “Mançester Siti”dən 10 xal geri düşüb. Ehtiyatda bir oyunu olan “Liverpul” isə 42 xalla 3-cüdür.

Gununsesi.info