Cennifer Lopez sevgilisinin ipini boş buraxmır - O HARA GETDİYİ VƏ KİMİNLƏ GÖRÜŞDÜYÜ İLƏ BAĞLI MƏLUMAT VERMƏLİDİR

  • Müəllif: admin
  • 12 Aprel 2017 00:03

cenifer ve sevgilisi

Hollivud ulduzu, məşhur müğənni Cennifer Lopez və beysbolçu sevgilisi Aleks Rodrigezin münasibətlərinin təfərrüatları məlum olub.

Gununsesi.info-nun muztv-yə istinadən verdiyi məlumata görə, cütlüyə yaxın mənbə 47 yaşlı Cenniferin sevgilisinin həyatını tam olaraq idarəçiliyə götürdüyünü bildirib:

“Demək olar ki, Aleksin heç də yaxşı reputasiyası olmadığını artıq hər kəs bilir və bu səbəbə görə də Cennifer ona 40 yaşından kiçik olan qadınlarla münasibət qurmağı qadağan edib. Bununla yanaşı, Aleks Cenniferə hara getdiyi və kiminlə görüşdüyü ilə bağlı məlumat verməlidir” deyə mənbə söyləyib.

Gununsesi.info