“Tamaşaçıya uşağımı, həyat yoldaşımı, evimi göstərmək maraqlı deyil” - TOPPUŞ BACI

  • By admin
  • 11 Aprel 2017 23:52

toppus

“Öz evimin içində olmağı sevirəm. İllərdir beləyəm: iş və ev. Hər kəsin evi özü üçün bağlı bir sandıqdır, onu açıb göstərmək lazım deyil”.

Gununsesi.info xəbər verir ki, bu sözləri əməkdar artist, “Toppuş bacı” kimi tanınan Tünzalə Əliyeva “ATV kulis” sözündə deyib.

Aktrisa ailəsindən, həyat yoldaşı Röyaldan da danışıb:

“Tamaşaçıya mənim uşağımı, həyat yoldaşımı, evimi göstərmək maraqlı deyil. Bu dəqiqə tamaşaçıya “Zadəgan Durnanın” (“Qardaşlar” serialındakı obrazı) yeni sözü maraqlıdır. Heç kimə söz atan, söz götürən deyiləm. Bəzən üç çəkilişdən çıxmışam, axşam evə gəlib mətbəxə girmişəm. Yoldaşım deyib ki, piroq olsa yeyərdim. Girib hazırlamışam. Mətbəxə girəndə yorulmuram. Elə olub ki, gecə dördə kimi bişirməklə məşğul olmuşam. Çox xoşbəxtəm. Bir insanın xoşbəxt olması üçün nə lazımdırsa, hamısı varımdır”.

Gununsesi.info