Çexiya prezidenti terror aktlarının səbəbini açıqladı

  • By admin
  • 26 Dekabr 2016 22:04

cexiyali

 

Avropada davam edən miqrasiya böhranı ilə bu yaxınlarda baş verən terror aktları arasında bağlılıq var.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bunu Çexiya prezidenti Miloş Zeman Milad bayramı ilə bağlı ölkə vətəndaşlarına müraciətində bildirib.

“Bu gün demək olar ki, heç kim miqrantların axını ilə terror aktları arasında olan əlaqədən şübhələnmir”, – deyə prezident bildirib.

Onun fikrincə, müsəlmanların yerləşdirilməsi potensial terror aktları üçün əlverişli torpağın yaradılması deməkdir.

Xatırladaq ki, dekabrın 19-da yük maşını Berlinin mərkəzində Milad yarmarkasında iştirak edən insanların arasına girib. Hadisə nəticəsində 12 nəfər ölüb, 48-i yaralanıb. Terror aktına görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb. Terror aktını törətməkdə şübhəli bilinən tunisli Anis Amri İtaliyanın Milan şəhərində polislə atışmada öldürülüb.

Gununsesi.info