Çexiyadakı prezident seçkilərinin qalibi məlum oldu - MİLOŞ ZEMAN

  • Müəllif: admin
  • 27 Yanvar 2018 20:52

Çexiyanın hazırkı prezidenti Miloş Zeman ölkədə keçirilən prezident seçkilərinin ikinci turunda da liderliyi ələ keçirib. 

Gununsesi.info xəbər verir ki,  səsvermənin seçki məntəqələrinin 99 faizi üzrə nəticələrinə əsasən, seçicilərin 51,67 faizi Miloş Zemana etimad göstərib. Onun rəqibi, Çexiya Elmlər Akademiyasının sabiq sədri Yirji Draqoş isə 48,32 faiz səs toplayıb.

Rezidentin inauqurasiyası martı 8-də keçiriləcək.

Gununsesi.info