Çexiyanın səfiri – ,,AZƏRBAYCANDA ÖZ MİSSİYAMI BAŞA ÇATDIRACAĞAM...''

  • By admin
  • 20 Fevral 2018 10:44

 

Çexiyanın Azərbaycanda səlahiyyət müddəti başa çatan səfiri Vitezslav Pivonka Rusiyaya səfir təyin olunub. 

Gununsesi.info APA-ya istinadən bildirir ki, V. Pivonka namizədliyinin Moskva tərəfindən qəbul olunduğunu deyib: “Aprelin əvvəlində Azərbaycanda öz missiyamı başa çatdıracağam”. 

 

Səfir yeni təyinatın onun üçün mühüm olduğunu söyləyib: “Rusiya Çexiya üçün mühüm tərəfdaşdır və bizim əməkdaşlığımızın əsas istiqaməti energetikadır”.

Gununsesi.info