Dövlət xidmətində yeni təyinat PREZİDENT SƏRƏNCAM İMZALADI

  • By admin
  • 20 Fevral 2018 10:37

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə yeni təyinatlar olub.

 

Gununsesi.info APA-ya istinadən məlumat verir ki, bu barədə prezident İlham Əliyev sərəncam imzalayıb.

 

Sərəncama əsasən, Şahvələd İsmayıl oğlu Əliyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin maliyyə və maddi-texniki təminat üzrə müavini – Maliyyə və maddi-texniki təminat baş idarəsinin rəisi təyin edilib.

 

Prezidentin digər sərəncamı ilə Yusif Həsən oğlu Mirzəyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini – Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisi təyin edilib.

Gununsesi.info