Ceyhun Bayramov Daşkənddə Zəngəzur dəhlizini gündəmə gətirdi

  • By admin
  • 02 Avqust 2022 13:26

Zəngəzur dəhlizinin açılması beynəlxalq nəqliyyat əlaqələrinin genişlənməsinə xidmət edəcək.

Gununsesi.info xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Daşkənddə Özbəkistan və Türkiyə XİN başçıları ilə üçtərəfli görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

“Biz əminik ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin canlandırılması, Zəngəzur dəhlizi də daxil olmaqla, regiondakı bütün nəqliyyat dəhlizlərinin açılması beynəlxalq nəqliyyat əlaqələrinin genişlənməsinə xidmət edəcək”, – XİN başçısı vurğulayıb.

Qeyd edək ki, bu gün Daşkənddə Azərbaycan, Türkiyə və Özbəkistan xarici işlər nazirləri arasında üçtərəfli görüş keçirilib.