Ceyhun Bayramov Lavrovla telefonla danışdı

  • By admin
  • 27 Aprel 2021 19:49

Bu gün xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

XİN-dən Gununsesi.info-ya verilən məlumata görə, tərəflər bölgədə hazırda mövcud olan vəziyyəti və üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri, o cümlədən, bölgədə iqtisadi və nəqliyyat əlaqələrinin açılması ilə bağlı üçtərəfli işçi qrupunun fəaliyyətini müzakirə ediblər.

Nazirlər, həmçinin, ikitərəfli əməkdaşlıq gündəliyinə daxil olan məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Gununsesi.info