Ceyhun Bayramov Rusiya ilə əlaqələrdən DANIŞDI

  • By admin
  • 24 İyun 2022 13:34

“Bu gün Rusiya xarici işlər naziri Sergey Lavrovu burada görməkdən məmnunuq. Azərbaycan və Rusiya arasında münasibətlər qarşılıqlı olaraq irəliləyir”.

Gununsesi.info xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrov ilə birgə Bakıda keçirdiyi mətbuat konfransında bildirib.

 

Onun sözlərinə görə, iki ölkə arasında əlaqələr qədim tarixə söykənir: “Pandemiya dövründə Azərbaycan və Rusiya arasında iqtisadi əlaqələr davam edib. Eyni zamanda, Rusiya ilə bütün sahələrdə, mədəniyyət, siyasi, biznes və sosial sahələrdə əlaqələr güclənib. İki ölkə arasında indiyə qədər 200 müqavilə bağlanıb. Bunu da diqqətə çatdıraq ki, Azərbaycan Respublikasının region üçün prioritetləri məlumdur”.

Gununsesi.info