Ceyhun Bayramov Zalkaliani ilə görüşdü

  • By admin
  • 05 May 2021 17:29

Xarici İşlər nazirlərinin başçılığı ilə Azərbaycan-Gürcüstan nümayəndə heyətlərinin geniş tərkibli görüşü keçirilir.

Gununsesi.info-nun məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) rəsmi “Twitter” səhifəsində deyilir.

Bundan öncə Xarici İşlər naziri Ceyhun Bayramovun Gürcüstanın Baş nazirinin müavini, Xarici İşlər naziri David Zalkaliani ilə təkbətək görüşü keçirilib.

Qeyd edək ki, bu gün Gürcüstan baş naziri İrakli Qaribaşvilinin rəhbərliyi ilə nümayəndə heyəti Azərbaycana səfər edib.