“İqtisadiyyat, əhali və banklar hələ də həmin fəsadların nəticələrindən tam qurtula bilməyib”- Əli Məsimli

  • By admin
  • 05 May 2021 17:21
Əli Məsimli: ”Hazırkı valyuta ajiotajının səngililməsi istiqamətində təsirli tədbirlər görməsini zəruri hesab edirik” 
Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında millət vəkili Əli Məsimli deyib.
Əli Məsimli öz çıxışında bildirib ki,hazırda manatın məzənnəsinə daha çox təsir edən iki amil müsbıt meyllr üzrə gedir: Birincisi,neftin qiyməti 2021-ci ilin dövlət büdcəsində götürüldüyü səviyyədən 30-35 faiz yüksəkdir. İkincisi, makroiqtisadi göstəricilərə görə də ölkədə devalvasiya üçün əsaslar yoxdur. Bununla belə kommersiya banklarının dollar satışına məhdudiyyət tətbiq etməsi əhali arasında valyuta ajiotajı yaradır.Hazırda olduğu kimi, 2015-ci ildə də  makroiqtisadi göstəricilərə görə ölkədə şok devalvasiya gözlənilmədiyi halda, 2015-ci ilin süni valyuta ajiotajının hansı fəsadlara gətirib çıxardığı hamya məlumdur. Ölkə iqtisadiyyatı, əhali və banklar hələ də həmin fəsadların nəticələrindən tam qurtula bilməyib.Əli Msəimli lav edib ki, rəsmi açıqlamarda valyuta məhduduyyətinin devalvasiyaya qarşı yox, çirkli pullarn yuyulmasınn qarşısının alınmasın məqsədi daşıdığı bildirilir.Çirkli pulların yuyulmasınn qarşısının alınmasın beynəlxalq praktikada və qanunvericilikdə təsbit olunmuş xeyli üsulları var. Valyuta məhdudiyyətlərinin gücləndirilmsi isə bir sıra alavə problemlərə,eləcə də “qara valyuta bazarının” yaranmasına yol aça bilər.
Ona görə də Əli Məsimli bildirdi ki,Mərkəzi Bankdan, kommersiya banklarının bu addımı ilə bağlı daha tutarlı açıqlama verilsə, yaxşı olardı”.Eyni zamanda deputat hazırkı valyuta ajiotajının səngililməsi istiqamətində təsirli tədbirlər görməsini zəruri hesab etdi.
Əli Məsimlinin bugünkü çıxışda toxunduğu digər aktual məsələ isə icbari tibbi sığorta çərçivəsində vətəndaşlara göstrilən tibbi xidmətlər siyahısına transplantasiyaların da salınması məsələsi oldu. Deputat ona olan müraciətlərə əsaslanaraq bildirdi ki, transpalntasiyaya ehtiyacı olan daha çox insan böyrək və qaraciyər xəstəliklərindən əziyyət çəkir və bu qəbildən olan vətəndaş müraciətləri üstünük təşkil edir. Həm də müraciət edən insanlar aztəminatlı insanlardır.Ona görə də tibbi sığorta sistemində transplantasiyalar və bu kimi əməliyyatların qarşılanması ilə bağlı məsələlərə yenidən baxmaq zərurəti meydana çıxmışdır. Yaxşı olardı ki, Nazirlər Kabinetinin müvafiq qərarına yenidən baxılsın və sığorta olunan transplantasiya əməliyyatlarının çevrəsi genişləndirilsin.
Gununsesi.info