Ağdamda açıq sahədə yanğın başladı

  • Müəllif: Firuzə
  • 17 Sentyabr 2026 09:49
Ağdam rayonunun işğaldan azad edilmiş Novruzlu və Yusifcanlı kəndləri istiqamətində açıq ərazidə yanğın başlayıb.

Gununsesi.info  xəbər verir ki, yanğın minalanmış ərazidə qeydə alınıb. Hadisə nəticəsində ərazidə alov və güclü tüstü müşahidə olunur.

Yanğının söndürülməsi üçün əraziyə yanğınsöndürən briqadanın cəlb olunduğu bildirilir.

Gununsesi.info