“Güvənli” MMC-nin Salyan filialına yeni direktor təyin edilib

  • Müəllif: Şəbnəm
  • 16 Sentyabr 2026 13:59

“Güvənli” MMC kredit təşkilatının Salyan şəhərində yerləşən filialına yeni direktor təyin edilib.

 

Gununsesi.info-nun məlumatına görə, bu vəzifəyə Şamxal Əhmədov təyin olunub.

 

Qeyd edək ki, Şamxal Əhmədov yeni vəzifəsinə qədər Salyan Rayon Mədəniyyət Mərkəzində Bədii rəhbər vəzifəsində çalışıb.

 

O, 2020–2024-cü illərdə isə sabiq deputat Jalə Əhmədovanın köməkçisi vəzifəsini icra edib.

 

 

Vüsal Artyom

Gununsesi.info