İctimai fəal Samir Aşurov cəzasının qanunla nəzərdə tutulan hissəsini çəkdiyini əsas gətirərək vaxtından əvvəl azadlığa buraxılması üçün məhkəməyə müraciət edib.
Gununsesi.info xəbər verir ki, lakin hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən məhkəmə iclasında Aşurovun şikayəti təmin edilməyib və əvvəlki qərar qüvvədə saxlanılıb.
Qeyd edək ki, Samir Aşurov 2021-ci ildə Almaniyadan deportasiya olunaraq Azərbaycana gətirilib.
İttihama görə, həmin ilin dekabrında Nizami rayonu ərazisində şəxsi münaqişə zəminində Şəki şəhər sakini Elşən Nəbiyevə bıçaqla xəsarət yetirib. Hadisə zamanı zərərçəkmiş şəxsin qarın nahiyəsindən ağır xəsarət aldığı, lakin onun həyatının xilas edildiyi bildirilir.
S.Aşurov Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi — xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma — ilə ittiham olunub və barəsində həbs qətimkan tədbiri seçilib.
Elmar
Gununsesi.info












