Millət vəkilinin səhhətindən xəbər var - XƏSTƏXANADAN AÇIQLAMA

  • By admin
  • 17 Noyabr 2017 23:46

Ankara Universitetinin rektoru, professor Erkan İbiş 33 gün əvvəl xəstəxanaya yerləşdirilmiş Türkiyə siyasətçisi, Cümhuriyyət Xalq Partiyasının sabiq rəhbəri, millət vəkili Dəniz Baykalın səhhəti barədə açıqlama verib. 

Gununsesi.info xəbər verir ki, həkim reanimasiya şöbəsinə olan Baykalın yaddaşının geri qayıtdığını, bəzi sualları düzgün cavabladığını, əl, qol, boyun hərəkətlərinin qaydasına düşdüyünü bildirib.
O, həmçinin, siyasətçinin səhhətinin yaxşılaşdırılması üçün həkimlərin əllərindən gələni əsirgəmədiklərini qeyd edib.
Müalicənin uğurla nəticələnəcəyinə ümid bəsləyən Erkan İbiş Baykal ilə həm şifahi, həm yazılı şəkildə kontakt yaradaraq onun fiziki gücünü müəyyən qədər artırmağa cəhd edir.
Gununsesi.info