Cibindəki psixotrop maddəni yerə atmaqla məsuliyyətdən yayınmaq istədi

  • By admin
  • 13 Oktyabr 2016 11:12

derman

Biləsuvar Gömrük İdarəsinin gömrük hüqüqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında, İran İslam Respublikasından Azərbaycan Respublikasına idarə etdiyi “Iveco” markalı yük avtomobili ilə gələn İran vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.
Gununsesi.info Dövlət Gömrük Komitəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, idarənin “Qoşa Təpə” gömrük postunda aparılan yoxlama zamanı sözügedən vətəndaşın fürsətdən istifadə edərək şalvarının cibindən çıxararaq yerə atdığı plastmas borucuğun içindəki bir ədəd bükümdə, xalis çəkisi 0,335 qram olan metamfetamin aşkar olunaraq götürülüb.
Xatırladaq ki, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in I Siyahısına daxildir.
Faktla bağlı araşdırma aparılır.

Anar
Gununsesi.info