Çikaqo sakinləri zəfər aksiyası keçiriblər - FOTO

  • By admin
  • 25 Mart 2017 11:19

unnamed (1)

ABŞ prezidenti Donald Tramp “Obamacare” tibbi sığorta sistemini əvəzlənməsinə yönələn qanun layihəsini Konqresdən geri götürüb.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunun ardınca Çikaqo şəhərinin sakinləri zəfər aksiyası keçiriblər.

Qeyd edək ki, Tramp spiker Pol Rayandan təklif etdiyi sənədin geri götürülməsini xahiş edib. 6 saatdan çox davam edən debatlarda Konqres üzvlərinin əksəriyyəti Donald Trampın təşəbbüsünün əleyhinə çıxış edib.

Xatırladaq ki, Barak Obamanın hakimiyyəti dövründə həyata keçirilən səhiyyə islahatı tibbi sığortası olmayan aztəminatlı amerikalıların dövlətin subsidiyaları hesabına sığortalanmasını nəzərdə tutur.

Anar

Gununsesi.info