Çılpaq ukraynalı qızdan qeyri-adi etiraz - O, BAKIDAN GƏLƏNLƏRİ “TOFİQ” VƏ “ZAKİR” PLAKATLARI İLƏ QARŞILAYIB - VİDEO

  • Müəllif: admin
  • 25 Oktyabr 2017 15:56
150098

Kiyev aeroportunda Femen fəalı gözləmə zalında sərnişinlərin qarşısına yarıçılpaq halda çıxaraq Ukraynaya seks-turlarına etirazını bildirib. 

Gununsesi.info “qafqazinfo”ya istinadən xəbər verir ki, qadın Bakı reysi ilə gələn sərnişinləri əlində “Tofiq” və “Zakir” plakatları ilə qarşılayıb.

Femen-in saytında bildirilib ki, aksiya Azərbaycan Hava Yollarının Kiyevə seks-turlara təşviq edən video çarxına cavab idi.

Qeyd edək ki, video çarxın süjetində qəhrəman qoz-fındıq alaraq Kiyev reysinə minir. Daha sonra Ukraynanın paytaxtında yerli qızlar “Zakir və “Tofiq” yazılan plakatlarla Bakıdan gələn sərnişinləri gözləyirlər.

Gununsesi.info