Bakıda universitetin liftində 17 nəfər qaldı

  • Müəllif: admin
  • 25 Oktyabr 2017 16:02

lift_014

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Səbail rayonu ərazisində yerləşən universitetin tədris binasının liftində 17 nəfərin qalması barədə məlumat daxil olub.

Gununsesi.info FHN-ə istinadən xəbər verir ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri müvafiq xilasetmə işlərinin görülməsi üçün həmin ünvana cəlb olunublar.

Xilasedicilər vətəndaşların liftdən çıxmasına köməklik göstəriblər. Əməliyyat başa çatıb.

Gununsesi.info