“Çinə Kommunist partiyası lazım deyil” - POMPEO

  • By admin
  • 01 Noyabr 2019 10:55
ABŞ dövlət katibi Maykl Pompeo Çinin siyasi quruluşunu tənqid edib və hətta Çin xalqının bu modeli istəmədiyini bildirib.
Gununsesi.org xəbər verir ki, Maykl Pompeo bu iddiasını Hadson universiteti tərəfindən təşkil olunan tədbirdə səsləndirib.
“Çin Kommunist partiyası (ÇKP) öz xalqına və dünyaya tamamilə başqa bir idarəçilik modeli təklif edir. Belə bir idarəçilik hər kəsin kommunist elitaların arzuladığı tərzdə düşünməsi və hərəkət etməsini məcbur edən leninizmə əsaslanır. Bu digər demokratik ölkələrin istədiyi gələcək deyil. Bu mənim də arzuladığım gələcək ola bilməz. Ən əsası, bu Çin xalqının istədiyi gələcəyə uyğun gəlmir. Çinin azadlıqsevər xalqı belə bir üsul-idarəni rədd edir,” – deyə ABŞ dövlət katibi söyləyib.
Doğrudur, Maykl Pompeo Çin xalqının arzuları ilə bağlı belə mənbələri hardan aldığını dəqiqləşdirməyib. O, sadəcə olaraq ÇKP-nin Amerikanın dəyərlərinə düşmən kəsildiyini anladıqlarını bildirməklə kifayətlənib.
“İndi biz Çinin strateji obyektlərimizə təhdid yaradan assimmetrik silah istehsal edərək ABŞ-ın milli təhlüəsizliyinə qarşı fəaliyyət göstərməsinin fərqindəyik. Bununla bağlı siyahını uzatmaq da olar”,-deyə Maykl Pompeo qeyd edib.
Gununsesi.org