Çin ABŞ-nin müharibə istəyinin səbəbini açıqladı

  • By admin
  • 12 Mart 2023 12:20

ABŞ Prezidenti Co Baydenin ətrafında hərbi məsləhətçilərin çoxluğu səbəbindən ABŞ-nin xarici siyasəti daha da hərbiləşib.

Gununsesi.info xəbər verir ki, bu barədə Çinin “Global Times” qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, ABŞ-nin ənənəvi diplomatiyası müdafiə sənayesi maraqları və istefada olan hərbi maraqların “zəhərli qarışığı” səbəbindən yoxa çıxıb. Bildirilib ki, Baydenin məsləhətçiləri ona getdikcə daha az qeyri-hərbi qərarlar və hərəkətlər təklif edirlər.

Xəbərdə həm aktiv, həm də təqaüdə çıxmış generallar və admiralların hazırda ABŞ Prezidentinin xarici siyasət məsələləri üzrə ən arzuolunan məsləhətçiləri hesab olunduğu qeyd olunub.

Müəllif iddia edir ki, hərbiləşdirilmiş xarici siyasət ABŞ-ni Çinlə hərbi münaqişəyə meyl etməyə məcbur edir.

Gununsesi.info