Çin ABŞ və Almaniyadan ət məhsullarının idxalını dayandırdı

  • By admin
  • 21 İyun 2020 21:45

Çin ABŞ-ın ət nəhəngi “Tyson” konserninin istehsalı olan ət məhsullarının ölkəyə idxalına qadağa tətbiq edib.

Gununsesi.org Musavat.com-a istinadla xəbər verir ki, buna səbəb konsernin müəssisələrində işləyənlər arasında koronavirusa yoluxmanın aşkarlanmasıdır.

Məsələ ilə bağlı Çin Baş Gömrük İdarəsi bu gün açıqlama yayıb:

“İyunun 21-dən etibarən Çin Xalq Respublikası ərazisinə “Tyson” firmasının məhsullarının gətirilməsinə qadağa qoyulur. ABŞ firması filiallardan birinin əməkdaşları arasında koronavirus infeksiyasına yoluxma faktının aşkarlandığını təsdiq edib”.

Sənədə əsasən, firmanın Çinə gətirilmiş və gətirilməkdə olan bütün məhsulları gömrük orqanları tərəfindən müsadirə olunacaq.

Qeyd edək ki, iki gün əvvəl Çin Baş Gömrük İdarəsi Almaniyanın böyük ət emalçısı “Toennies” şirkətinin məhsullarının idxalına da qadağa tətbiq edib. Bu şirkətin Almaniyada yerləşən bir müəssisəsində 1000-ə yaxın işçinin koronavirusa yoluxduğu aşkarlanıb. Müəssisənin işi dayandırılıb, 7 minə yaxın şəxs karantinə alınıb.

 

 

Gununsesi.org