İranlı hakim Ruminiyada özünü öldürdü: 20 jurnalistin həbsinə qərar verdiyinə görə məşhur idi

  • By admin
  • 21 İyun 2020 21:59
Qulamrza Mənsuri (Gholamreza Mansouri) iranlı məhkəmə hakimidir. O, bir gündə 20 iranlı jurnalistin həbsinə qərar verdiyinə görə bütün dünyada tanınmışdı. O, İranda korrupsiya ittihamı ilə üzləşmişdi. Elə bu səbəbdən də İslam Respublikasından qaçmışdı.
Gununsesi.org “The New York Times”a istinadən bildirir ki, Qulamrza Mənsuri cümə günü Ruminiyada qaldığı hotelin 6-cı mərtəbəsindən yıxılıb və ölüb.
Çox güman ki, o özünə qəsd edib.
Amerika nəşri yazır ki, o, jurnalistlərə və hüquq müdafiəçilərinə işgəncə verilməsində xüsusi fəallıq göstərmişdi.
İran rəsmiləri bəyan edib ki, Qulamrza Mənsuri bir neçə yüksək rütbəli hakimlə birlikdə irihəcmli korrupsiya əməlində suçlu bilinib.
Medical staff in Bucharest, Romania, transporting the body of a man Iranian officials said was a judge wanted in the country on corruption charges, Gholamreza Mansouri.
O, rüşvətlə əldə olunmuş yarım milyon avronu götürərək İrandan qaçıb. İranın təkidi nəticəsində İnterpolun xətti ilə Ruminiyanın paytaxtı Buxarestdə həbs olunsa da, yenə hoteldə qalıb. Ancaq ona Ruminiyanı tərk etmək qadağan olunub.
“The New York Times” yazır ki, o, öncə Almaniya gedib, daha sonra isə Ruminiyaya üz tutub.
“Reporters Without Borders” təşkilatı onun həbs olunması üçün həm Almaniya, həm də Ruminiya məhkəməsinə müraciət etmişdi. O da məlumdur ki, Qulamrza Mənsuri həbs etdirdiyi jurnalistlərin ailələrini də hədələyirmiş.
Amerika qəzeti yazır ki, bəziləri iddia edirlər ki, o, çox şey bildiyinə görə İranın gizli xidməti tərəfindən aradan götürülüb.
Gununsesi.org