Çin İranla bağlı ABŞ-a xəbərdarlıq etdi: Sanksiyalar aradan qaldırılmalıdır

  • By admin
  • 05 Yanvar 2021 16:13

ABŞ təcili olaraq İranın nüvə proqramı üzrə Əhatəli Razılaşma Planına qayıtmalı və İslam Respublikasına qarşı tətbiq etdiyi sanksiyaları aradan qaldırmalıdır.

 

Gununsesi.org “Report” “a istinadən xəbər verir ki, bunu dekabrın 5-də Çin Xarici İşlər Nazirliyinin sözçüsü Xua Çunin bildirib.

Onun sözlərinə görə, İranın nüvə problemi ətrafında çox mürəkkəb və həssas şərait yaranıb.

Qeyd edək ki, İran dekabrın 4-də uranı 20 faizədək zənginləşdirib. 2015-ci ildə əldə edilən razılaşmaya əsasən, İrana uranı 3,67 faizədək zənginləşdirməyə icazə verilir. 2020-ci ildə Tehran hakimiyyəti bundan imtina edərək uranın zənginləşdirilməsini 4 faizədək qaldırmışdı.

Gununsesi.org